
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl Burş hücumlar səbəbiylə çöldən götürülə bilməyən cəsədlərin heyvanlar tərəfindən yeyilməyə başladığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Qəzzada vəziyyət günü-gündən daha da ağırlaşır. Hücumlar nəticəsində binalar dağılır, mülki şəxslər xəstəxanalara sığınırlar.
Bombalama nəticəsində yaralananların müalicə olunduğu xəstəxanalar da sığınacaq kimi istifadə olunur. Xəstəxanalardakı imkansızlıqlar nəticəsində yaralılar müalicə olunmaz hala gəlir, həyat itkiləri isə artır.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl Burş kömək üçün müraciət edib.
El Burş vəziyyətin ciddiliyini ortaya çıxarmaq üçün cəsədlərin heyvanlar tərəfindən yeyilməyə başladığını açıqlayıb.
“Kənardan ala bilmədiyimiz meyitləri sahibsiz heyvanlar yeməyə başladı.


