Qəzzada toqquşmalar hər gün 4 saat dayandırılacaq

  • By ilhame
  • 09 Noyabr 2023 21:43

Qəzza zolağının şimalındakı mülki əhalinin ərazini tərk etmələri üçün hücumlar gündə 4 saat dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İsrail gün ərzində hər 4 saatlıq fasiləni 3 saat əvvəldən elan edəcək:

“Fasilələr humanitar yardımın ehtiyacı olan bölgələrə çatdırılmasına və fələstinlilərin bölgəni zərər görmədən tərk etmələrinə kömək edəcək”.

Kirbinin sözlərinə görə, 4 saatlıq fasilələrlə bu bölgələrdə heç bir hərbi əməliyyat keçirilməyəcək.

Gununsesi.info