Qəzzada uşaq peyvəndləri tükəndi - BMT-yə çağırış

Qəzza zolağında uşaqlar üçün lazım olan peyvəndlər tamamilə tükənib.

 Gununsesi.info xəbər verir ki, vaksinlərin təmin edilməsi üçün BMT-dən təcili müdaxilə tələb olunub.
Səhiyyə Nazirliyi bildirib: “Qəzza zolağında uşaqların peyvəndləri tamamilə qurtarıb”. Xəbərdarlıq edilib ki, uşaqlar üçün lazımi peyvəndlərin tükənməsi ciddi sağlamlıq problemlərinə, xəstəliklərin yayılmasına səbəb olacaq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qurum və təşkilatlarına “fəlakətin qarşısını almaq üçün lazım olan peyvəndlərin alınması və bütün bölgələrə çatdırılması üçün təcili müdaxilə” çağırışı edilib.
Qeyd edək ki, Qəzza zolağında ciddi dərman və tibbi ləvazimat çatışmazlığı yaranıb.