Qəzzada yeni doğulmuş əkizlər İsrail hücumu nəticəsində öldürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , onların atası körpələr üçün doğum şəhadətnaməsi almağa gedibmiş.
Əkizlərdən biri oğlan, digəri isə qız olub.
Qonşusu doğum şəhadətnaməsini almağa gedən ataya zəng edib və evlərinin bombalandığını xəbər verib.
Zərbə nəticəsində onun həyat yoldaşı və əkizlərin nənəsi də ölüb.
“Onların doğumuna sevinməyə belə vaxtım olmadı”, ata bildirib.
Qəzzadakı Həmas Səhiyyə Nazirliyi bildirib ki, müharibə nəticəsində 115 körpə doğulub və qətlə yetirilib.
BBC hücumla bağlı şərh almaq üçün İsrail ordusuna müraciət edib, onların cavabını gözləyir.
İsrail bildirir ki, mülki şəxslərə ziyan vurmaqdan yayınmağa çalışır və dinc əhalinin ölümünü Həmasın əhalinin sıx yaşadığı yerlərdə olması ilə əlaqələndirir.
Gununsesi.info