Qəzzada yenidən toqquşma - 1 ölü, 40 yaralı

  • By admin
  • 01 İyun 2018 23:05

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında yenidən toqquşma olub. Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, baş verən toqquşmalar nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.

Azı 100 fələstinli yaralanıb, onlardan 40-a yaxını güllə yarası alıb.

Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb.