“Qəzzadakı müharibə daha da genişlənə bilər” — Hakan Fidan

Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada xorvatiyalı həmkarı Qordan Qrlic ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər kəs müharibənin Liviyaya keçəcəyini düşünürdü, amma müharibə başqa istiqamətə yayıldı: “Döyüşlərin gələcəkdə daha geniş miqyasa keçməsi mümkündür. Biz müharibənin başa çatması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. Savaş üç aydan çoxdur davam edir.

 

 

Gununsesi.info