Qəzzadan cəmi 85 xəstə və yaralı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki nəqliyyat təyyarəsi ilə müalicə olunmaq üçün Misirdən Türkiyəyə gətirilib.
Gununsesi.info bildirir ki, İsrailin Qəzzaya hücumları səbəbindən müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün Türkiyə, Misir və İsrailin koordinasiyasında 7-ci təxliyə həyata keçirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M və C-130 tipli nəqliyyat təyyarələri Misirin Əl-Ariş hava limanından havaya qalxaraq Ankaranın Etimesqut Hərbi Hava Limanına eniş edib.
Qəzzadan gətirilən xəstələr və yaralılar Səhiyyə Nazirliyi qrupları tərəfindən ilk müayinələrdən sonra xəstəxanalara yerləşdirilib.
Gununsesi.info