Qəzza zolağını tərk etmək məcburiyyətində qalan insanların bir qrupu Çeçenistana gəlib.
Gununsesi.info “Kavkaz. Realii”yə istinadən xəbər verir ki, bu, Çeçenistana gələn ilk qrupdur.
51 nəfər, o cümlədən 27 uşaq bu qrupda gedib. Respublikaya gətirilənlər arasında 38 yerli Rusiya vətəndaşı və 13 fələstinli var. Onlar “Qornı Klyuç” uşaq sağlamlıq düşərgəsinə yerləşdiriləcək.
Bundan əvvəl Çeçenistanın hakimiyyət orqanları 250-yə qədər insanı qəbul etməyə hazır olduqlarını açıqlamışdılar.
Qeyd edək ki, Çeçenistanla yanaşı, Dağıstan da Qəzzadan qaçqın qəbuluna hazır olduğunu elan etmişdi.
Gununsesi.info