
İsrailin baş naziri Binyamin Netanyahu “Fox News” telekanalının efirində Qəzzanı işğal etmək istəmədiklərini iddia edib.
Gununsesi.info bildirir ki, ABC kanalına açıqlama verən Netanyahu Qəzzada qeyri-müəyyən müddətə təhlükəsizlik məsuliyyətini öz üzərinə götürə biləcəklərini bildirib.
“Biz Qəzzanı idarə etmək niyyətində deyilik, onu işğal etməyə çalışmırıq”, – deyə o əlavə edib.
Netanyahu bildirib ki, bölgədə mülki hökumət qurulmalıdır, lakin İsrail HƏMAS-ın 7 oktyabr hücumlarının bir daha təkrarlanmamasını təmin etməyi hədəfləyir.
“Odur ki, Qəzzaya girib qatilləri öldürə biləcək etibarlı qüvvəmiz olmalıdır. Çünki bu, HƏMAS-a bənzər bir quruluşun yenidən ortaya çıxmasının qarşısını alacaq”, – baş nazir deyib.
Fələstin prezidenti Mahmud Abbas da daxil olmaqla yüksək səviyyəli rəsmilər bəyan edirlər ki, Fələstin Administrasiyasının Qəzzaya qayıtması, İsrailin 1967-ci ildə Altı Günlük müharibədə ələ keçirdiyi torpaqları işğalına son qoyacaq siyasi həll yolu ilə müşayiət olunmalıdır.
Gununsesi.info