Qəzzaya hücum edən İsrail döyüş təyyarəsi yandı

  • By admin
  • 06 Oktyabr 2016 13:08

tay-2

Bu səhər İsrail hərbi hava qüvvələrinə aid “F-16” tipli döyüş təyyarəsi Qəzza zolağına hava zərbəsi endirib geri Ramon hərbi bazasına eniş edərkən alovlanaraq qəzaya uğradığı bildirilir.

Gununsesi.info “Türkiye” qəzetinə istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada hadisə zamanı təyyarənin pilotu mayor Ohad Cohen Novun həlak olduğu, köməkçisinin isə yüngül şəkildə yaralandığı bildirilir.

Qeyd edək ki, təyyarənin hansı səbəbdən qəzaya uğramasına dair dəqiq informasiya verilmir.

Hazırda İsrail Hərbi Hava Qüvvələrinin hadisə ilə bağlı istintaq başladığı qeyd olunur.

Anar

Gununsesi.info