Qəzzaya tibbi yardım aparan Türkiyə təyyarəsi Misirə çatıb

  • By admin
  • 16 Noyabr 2023 09:04

Qəzza zolağının sakinləri üçün dərman və tibbi ləvazimat daşıyan Türkiyə hərbi nəqliyyat təyyarəsi Misirin Əl-Ariş şəhərinin hava limanına enib.

Gununsesi.info xəbər verir ki, təyyarənin göyərtəsində həmçinin doqquz təcrübəli tibb mütəxəssisi var.

Təyyarə Türkiyənin Kayseri şəhərindən Misirə uçub.

Misir Səhiyyə Nazirliyi ilə razılaşdırılmış planlar çərçivəsində yaralıların müalicəsinə həkim briqadası cəlb olunacaq.

Türkiyə bu günə qədər Misirə 10 təyyarə ilə ümumilikdə 230 tona yaxın humanitar yardım göndərib. Bundan əlavə, göyərtəsində tibbi avadanlıq, dərmanlar, 8 səhra xəstəxanası, 20 təcili yardım maşını və tibbi ləvazimat da daxil olmaqla 660 ton humanitar yüklə Misirə Türkiyə gəmisi gəlib.

Gununsesi.info