“Qəbələ” “Lill səddi”ni aşa biləcəkmi?

  • By admin
  • 04 Avqust 2016 16:06

qabala

 

Bu gün axşam  UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.

Gununsesi.info-nun məlumatına görə, təmsilçimiz “Qəbələ” klubu da cavab oyununa çıxacaq.

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill” ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdikləri 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaqlar. Mərhələni keçmək üçün təmsilçimizə qolsuz bərabərlik də yetərli olacaq.

“Qəbələ” bunu bacardığı təqdirdə, ardıcıl üçüncü il qitə turnirinin pley-off mərhələsində ölkəmiz iki komanda ilə təmsil olunacaq.

Çempionlar Liqasında çıxışını dayandırıb, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, R.Qriqorçukun komandası ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt dörd mərhələ adlayıb, qrupa vəsiqə qazanan “Qəbələ” təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb.

Qeyd edək ki, 8-ci km stadionunda oynanılacaq matç saat 21:00-da başlayacaq.

Gununsesi.info