“Qəbələ” “Qarabağ”ı məğlub edərək liderlə xallarını bərabərləşdirib

  • By admin
  • 22 Oktyabr 2017 20:40

9857d54b-b91e-40ad-9d23-c3b2ae391b5a
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.
“Report” xəbər verir ki, “Qəbələ” çempionatın lideri “Qarabağ”ı öz meydanında minimal hesabla məğlub edib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.
Beləliklə, “Qəbələ” xal ehtiyatını 19-a çatdıraraq lider “Qarabağ”a çatıb.
Topaz Premyer Liqası, IX tur
18:30. “Qarabağ” – “Qəbələ” – 1:0
Qol: Asif Məmmədov, 8 (1:0)

Gununsesi.info