Qəbələ sakinlərində qanunsuz silahlar aşkarlandı

  • By admin
  • 09 Noyabr 2022 14:38

Qəbələ sakinlərindən qanunsuz silah aşkarlanıb.

Bu barədə DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədağalı kənd sakinləri P.Ağayevdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron və qardaşı Təbrizdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info