Qəbələdə iki avtomobilin toqquşması qadının xəsarət alması ilə nəticələndi

  • By admin
  • 05 Sentyabr 2021 10:54

Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1974-cü il təvəllüdlü İsmayılova Zərifə Cari qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info