Qəbələdə meşə yanır- FOTO

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki,  rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub. (Report)

Gununsesi.info