Qəbələdən Türkiyəyə dəstək -FOTO

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” matçından öncə komandalar baş verən zəlzələyə görə Türkiyəyə dəstəyini nümayiş etdiriblər.

Gununsesi.info xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna futbolçular üzərində “Sizinləyik, Türkiyə! Acınız, acımızdır!” yazılmış banner ilə çıxıblar.

Eyni zamanda, təbii fəlakət qurbanlarının xatirəsini yad etmək üçün stadionda bir dəqiqəlik sükut elan edilib.

Gununsesi.info