“Qəbələ”nin Türkiyədəki oyununda dava düşdü - VİDEO

  • By admin
  • 16 Yanvar 2023 19:11

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” yoxlama matçında Çexiyanın “Teplitse” klubu ilə qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, matçın son dəqiqələrində futbolçular arasında gərginlik yaşanıb və mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Bu məqamda matçın baş hakimi qarşılaşmanın 89-cu dəqiqəsində oyunun final fitini səsləndirib. Buna qədər isə Çexiya klubu hesabda 2:1 öndə idi.

Sözügedən davanın videosunu təqdim edirik:

Gununsesi.info