Qəbiristanlıqda işləyən fəhləni “tok” vurub öldürüb

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 11:19

Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.

Gununsesi.info-nun məlumatına görə, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info