Qəbiristanlıqdan oğurluq edənlər - saxlanılıb

  • By admin
  • 21 May 2018 18:49

Yasamalda yerləşən qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən  bildirir ki, DİN-dən  daxil olan məlumata görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev tutularaq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

İstintaq zamanı məlum olub ki, S.Əsədullayev və M.Əsədullayev Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.