Qəbiristanlıqdan oğurluq etdilər

  • By admin
  • 15 Yanvar 2018 14:24

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Bilgəh qəsəbəsi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin kənarına quraşdırılan alüminiumdan olan çəpəri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, araşdırmalarla onların paytaxt sakinləri Hüseyn Ağayev və Kamran Ağayev olmaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aprılır.

Gununsesi.info