Qəhərə boğan olay: 26 yaşlı qız estetik əməliyyatdan sonra oyandıla bilmədi/ VİDEO

  • By admin
  • 04 Fevral 2023 15:50

Türkiyənin İstabul şəhərində Beylik düzündəki bir xəstəxanada 26 yaşlı Səhər Kılıç estetik burun əməliyyatı bitdikdən sonra oyandırıla bilməyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik işçisi olan qız özəl tibb mərkəzində gerçəkləşdirilən burun əməliyyatından sonra bütün müdaxilələrə baxmayaraq ağrı hiss etdirməyici yuxu dərmanın təsirindən oyandırıla bilməyib.

Gənc qız həyatını itirib. Ailəsi isə məsuliyyətsizlik təqsiri üzrə şikayətçi olub. Qızın əmisi də əməliyyatda ölən Kılıçla bağlı lazım olan hər şeyi edəcəklərini bildirib.

Şikayətdən sonra Təcili Tibbi Yardım avtomobilində ölən qızın başına gələnlərlə bağlı polislər araşdırma başladılıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info