Qəhrəman Nail və Səfanın adına bulaq salındı

  • By admin
  • 08 Noyabr 2021 19:04

Bu gün Oğuz rayonunun Xaçmaz kəndində şəhid Səfa İsazadə və Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adına salınmış bulağın açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, açılış mərasimində şəhid valideynləri, İH başçısı, igidlərimizin döyüş yoldaşları və kənd camaatı iştirak edib.

Tədbir zamanı şəhidlərin döyüş yolu ilə bağlı məlumat verilib, onların igidliyi haqda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Qeyd edək ki, N.İbrahimli noyabrın 8-i Şuşada, S.İsazadə isə oktyabrın 14-ü Suqovuşanda şəhid olub.

Xatırladaq ki, noyabrın 8-i Oğuz rayonunun Naildən başqa daha 5 igidi – Rəvan Lətifov, Orxan Rəhimli, Elşən Əhmədli, Fərid Lillahov və Təbriz Cumuzadə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gununsesi.info