“Qələbə qazanacağımıza şübhəmiz yoxdur” - Ərdoğan

“Həm prezident, həm də parlament seçkilərində bir daha qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti vilayət başçılarının iclasında deyib.

“Allahın izni, millətimizin dəstəyi və sizin səyinizlə həm prezident, həm də parlament seçkilərində bir daha qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur. Məqsədimiz, ölkəmizin demokratiya və inkişaf yolunda əldə etdiyi nailiyyətləri qoruyub saxlamaqdır. Millətimizin arzularına çatacağı yeni bir dövrün qapıları açılmaqdadır”, – deyə Ərdoğan qeyd edib.

Şəbnəm

Gununsesi.info