Qələbəmizə həsr olunmuş bədii filmin çəkilişləri başa çatdı 

  • By admin
  • 25 Oktyabr 2021 09:27

“Narimanfilm” kinostudiyası “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişlərini başa çatdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə filmin rejissoru İlqar Safat və baş rolda çəkilən azərbaycanlı model Rüstəm Cəbrayılov məlumat verib. Rejissorun sözlərinə görə, layihənin çəkilişləri bir il davam edib:

“Ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb. Bu genişmiqyaslı layihədə mindən çox insan iştirak edib. Film Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına, şəhidlərin mübarək xatirəsinə həsr olunub.

Bu, 80-ci illərin əvvəllərindən sovet dönəmini, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulması, Qarabağın və Azərbaycanın ona bitişik rayonlarının erməni təcavüzkarları tərəfindən işğalı, Xocalıda törədilmiş soyqırımını əhatə edən bir hekayədir. Filmdə 30 ildən sonra nəhayət ki, Qarabağın işğaldan azad olunması da əks etdirilib. Layihənin əsas qəhrəmanı isə erməni təcavüzü zamanı kəşfiyyatçıya çevrilən qarabağlı bir meşəbəyidir”.

Hazırda filmin montajı üzərində iş gedir. Premyeradan sonra əsərin beynəlxalq film festivallarında təqdim edilməsi planlaşdırılır.

Baş rollarıda Xalq artistləri Hacı İsmayılov, Mabud Məhərrəmov, həmçinin Alina Vorontsova (Rusiya), Rüstəm Cəbrayılov, Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Yaroslav Trifonov, Əjdər Abbaseyna və başqaları çəkilib.

“Doğma torpaq” filmi Mədəniyyət Nazirliyi və digər şirkətlərin birgə istehsalı ilə ərsəyə gəlib.

Gununsesi.info