Qənirə Paşayeva qəhrəman şəhidimiz Nəcəf Şikarovun ailə üzvləri ilə görüşüb

  • By admin
  • 04 Fevral 2021 14:58

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid, “Qarabağ” ordenli kapitan Nəcəf Şikar oğlu Şikarovun ailə üzvləri – Xurşud Şikarova və Mətin Şikarovla görüşüb.

 

Gununsesi.org xəbər verir ki, Q.Paşayeva şəhidin ailə üzvlərini tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Qəhrəman şəhidimiz Nəcəf Şikarovun və onun silahdaşlarının, fədakar əsgər və zabitlərimizin vətəncanlılığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Nəcəf Şikarov canını canından əziz tutduğu vətənimiz uğrunda fəda edib.

Şəhid zabitimiz Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək “Qarabağ” ordeni, eləcə də “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!” – Q.Paşayeva bildirib.

Şəhidin həyat yoldaşı Xurşud Şikarovaya Mədəniyyət Komitəsi adından məktub təqdim edilib.

Gununsesi.org