Qənirə Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun fəxri üzvü seçilib - FOTO

  • By admin
  • 15 Mart 2018 17:34

Ərzurumda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya Türkiyə Dil və Ədəbiyyat Qurumunun fəxri üzvlüyü təqdim olunub. Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum bölüm başqanı Murat Ertaş Q.Paşayevanın Azərbaycan -Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışıb, onun Türk dili və ortaq ədəbiyyatımızla bağlı məsələlərə hər zaman fəal dəstək verdiyini xüsusi vurğulayıb və təkilatın qərarı ilə fəxri üzv adına layiq gördüyünü deyib. 

Gununsesi.info xəbər verir ki, bu etimad üçün təşkilat rəhbərliyinə və bütün ziyalılara təşəkkürünü bildirən millət vəkili bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman fəal çalışacağını deyib. Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum şöbəsinin rəhbəri Murat Ertaş, təşkilatın üzvləri və Ərzurum aydınları ilə də görüşüb.
Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin Ərzurumda  daha da artmasının vacibliyi ilə bağlı müzakirələr olub.

Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qrumunun  rəhbərliyinə və üzvlərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Ərzurumda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Gununsesi.info