Qənirə Paşayevanın “Səndən sonra” adlı kitabı Təbrizdə nəşr edilib

  • By admin
  • 29 İyul 2020 16:00

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib.

Gununsesi.info-nun məlumatına görə, “Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə nəşr olunub.

“Yaşar qələm” nəşriyyatında işıq üzü görən kitabı tanınmış şair Çalğın nəşrə hazırlayıb.

Paşayeva bildirib ki, bu, onun üçün xoş sürpriz olub:“Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısıXosrov Barışana təşəkkür edirəm”.

Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərinə yazılmış şeirlər və esselərdən ibarətdir. Kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb. Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş Türkiyə və Özbəkistanda da kitabları gün üzü görüb.

 

 

Gununsesi.info