Qərar verildi: Avropanın ən böyük quru ordusu qurulur -Avropanın ən böyük quru ordusu qurulur

Polşa Avropanın ən böyük quru ordusunu qurur.

Gununsesi.info xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Polşa hökuməti ÜDM-ün 4 faizini müdafiəyə xərcləmək niyyətindədir, bu da NATO-nun orta göstəricisindən iki dəfə çoxdur.

Bundan əlavə, Polşanın modernizasiya proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS raket sistemi, 288 reaktiv yaylım atəş sistemi (MLRS) və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi, həmçinin 96 “AH-64E Apache” helikopterlərinin alınması daxildir.

Ümumilikdə Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifariş verməyi planlaşdırır. 2023-cü il üçün müdafiə büdcəsi isə maksimum 26 milyard dollardır. Bundan əlavə, Polşa ordusunun sayını iki dəfə artıraraq 300 min nəfərə çatdırmaq niyyətindədir.

 

Gununsesi.info