Qərara baxmayaraq Azərbaycan Avropa Parlamentinin işində iştirak etməyəcək - ŞƏRTİMİZ VAR

  • Müəllif: admin
  • 01 Oktyabr 2016 11:00
avropa1 
Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlıq barədə qərar qəbul etsə də, azərbaycanlı parlamentarilər Avropa Parlamentinin işində iştirak etməyəcək.
Gununsesi.info-ya verilən xəbərə görə, qəbul edilmiş qərara əsasən yalnız Avropa parlamenti ilə əməkdaşlıq edilməsi istiqamətində dialoq davam etdiriləcək, daha AP-nin toplantılarıda iştirak etməyəcək. Çünki Azərbaycanın bu qurumlaəməkdaşlığını davam etdirməsi üçün bir sıra şərtləri var və həmən şərtlərin qəbul ediləcəyi təqdirdə Azərbaycan nümayəndə heyəti Avropa parlamentinin və Avronest Parlament Assambleyasının işində iştirak edəcək. Əməkdaşlıq münasibətlərinin qurulması  istiqamətində dialoqun aparılması məqsədi ilə oktyabrın 26-da  Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyası rəhbərliyi ilə görüşəcək.
Bu görüşdə Azərbaycanın irəli sürdüyü şərtlər;- adı çəkilən qurumla Azərbaycan arasında əməkdaşlığı gələcək inkişaf perspektivləri, istiqamətləri, prinsipləri, həmçinin Avronestdə islahatlar məsələsi və digər məsələlər  müzakirə olunacaq.
Əgər Azərbaycan nümayəndə heyətinin  oktyabrın 26-27-də Brüsseldə Avropa parlamenti və Avronest rəhbərliyi ilə apardığı  danışıqlar nəticə verəcəksə, həmçinin, Azərbaycan tərəfinin Avropa Parlamenti ilə əməkdaşlıq barədə şərtləri qəbul ediləcəksə, o zaman bu qurumla əməkdaşlığın növbəti mərhələsinə qədəm qoyulacaq. Əks halda məsələyə yenidən baxılacaq. Gələcək əməkdaşlıq məsələləri ölkə  və Milli Məclis rəhbərliyi tərəfindən bir daha dəyərləndiriləcək. Ondan sonra Azərbaycan nümayəndə heyətinin  konkret olaraq  Avropa Parlamenti və Avronest PA ilə hansı formatda əməkdaşlığıı davam etdirilməsi barədə qəarar veriləcək.
Qeyd edək ki, Milli Məclisin sentybarın 30-da keçirilən pelanr iclasında “AvropaParlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirə edilərək qərar qəbul edilib. 
Sənəddə bildirilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.
“Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib.
Milli Məclis  yaranmış vəziyyəti nəzərə alaraq, Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015-ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11-ci maddələri qüvvədən düşmüş sayır”.
Onu da əlavə edək ki, parlament müzakirələri zamanı söpiker Oqtay Əsədov bildirdi ki, sentyabrən 19-da Azərbaycanda olan Avropa Parlamenti nümayəndə heyətinin üzvlərinin bir neçəsi  Bakıda keçirdikləri görüşlərdə  qurumun Azərbaycanla əlaqələrinin bu vəziyyətə salınmasına görə üzr istəyiblər.
Spiker çıxışında onu da əlavə etdi ki, əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar olaraq Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin müzakirə edilməsi məqsədi ilə  oktyabrəın 26-da Milli Məclisin nümayəndə heyəti Brüsselə səfər edəcək: “Hər şey oktyabrın 27-də aydın olacaq. Hər şey müzakirələrin yekunundan asılı olacaq”.
Mürtəza Bünyadlı
Gununsesi.info