Qərb Ukraynaya F-18 qırıcıları göndərməyi düşünür

Qərb ölkələri Ukraynaya F-16-larla yanaşı köhnə F-18 qırıcılarının da göndərilməsini müzakirə edir.

Bu barədə Gununsesi.info xarici mətbuata istinadən xəbər verir.

Əldə olunan məlumatlara əsasən, danışıqlarda Kiyevə F-16 qırıcılarının tədarükü ilə bağlı əvvəlki nəsil F-18 təyyarələrinin göndərilməsi məsələsi də müzakirə olunur.

Qeyd edək ki, söhbət köhnə, lakin işlək qırıcıların tədarükündən gedir.

Beləliklə, onlarla təyyarə Ukraynaya daxil ola bilər.

Ukraynalı siyasətçilərdən birinin sözlərinə görə, ölkə Sinqapurda bağlı qapılar arxasında keçirilən görüşlər zamanı bu məsələni müzakirə obyektinə çevirib. Bununla belə, real çatdırılmaların hələ də uzaqda olduğu qeyd edilir.

Qeyd edilir ki, F-18 onilliyin sonuna qədər hazır ola bilər.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info