“Qərb yeni ittifaq yaratmaq istəyir” -Putin

  • By admin
  • 26 Mart 2023 14:13

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Çinlə hərbi ittifaqda olmadığını bildirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda Rusiya Dövlət Televiziyasında çıxışı zamanı danışıb.

Rusiya Prezidenti iki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirildiyini deyib.

Qərbi hədəfə alan Putin, İkinci Dünya Müharibəsindəki ittifaqlardan danışıb.

“Mənə İkinci Dünya Müharibəsində Almaniya, İtaliya və Yaponiyanın rəhbərlik etdiyi İttifaqı xatırlatdı. Qərb yeni ittifaq yaratmaq istəyir”, – deyə Putin əlavə edib.

Gununsesi.info