Qərbi Azərbaycan İcması bu binada fəaliyyət göstərir

  • By admin
  • 31 Avqust 2022 10:29

Vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və “Qarabağa dönüş” təşkilatının yerləşdiyi binada hazırda “Qərbi Azərbaycan İcması” fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, inzibati bina paytaxtın Nəriman Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşir.

Qeyd edək ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin 2022-ci il avqustun 3-də keçirilən Ümumi Yığıncağında birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir.

Xatırladaq ki, icmanın binasında bundan öncə Şuşa Rayon İcra Hakimiyyəti və “Qarabağa dönüş” təşkilatının ofisləri yerləşirdi. İcra hakimiyyəti Koroğlu Rəhimov küçəsindəki binaya köçürülüb.

Gununsesi.info