Qərbi Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı içtimaiyyətə müraciət etdi

Tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün sosial medianın böyük rolu var. 30 il Qarabağ torpaqlarımız barbar, vandal ermənilər tərəfindən işğala məruz qaldı. Bu zaman kəsiyində hər bir Azərbaycanlı özünü Qarabağlı hesab etdi və Qarabağ uğrunda döyüşdə millətimiz bir oldu. Bu birlik bizə 44 Günlük Zəfəri, şanlı Qələbə sevincini yaşatdı. İndi isə hər birimiz Qərbi Azərbaycanlı kimi özünü ifadə etməli, bütün qüvvələrimizi səfərbərliyə alıb, Qərbi Azərbaycana Qayıdışa hazırlamalıyıq. Bu baxımdan nəzərinizə çatdırmaq istərdim ki, paylaşımlar zamanı # (xəştəqlərdən) istifadəyə üstünlük verilməlidir.

Artıq sosial media üzərində #(xəştəqlər) tərəfimizdən yayımlanmağa başlanıbdı. Aşağıda həmən #(xəştəqləri) diqqətinizə çatdırırıq. #QərbiAzərbaycanAzərbaycandır #ЗападныйАзербайджанЭтоАзербайджан #WesternAzerbaijanİsAzerbaijan Bu müqəddəs yolda hər birimizə uğurlar.

Uca Tanrı yardımçımız olsun!

Günay Ağamalı

Qərbi Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı və admini

23 Fevral 2023 – cü il