Qərbin sanksiyaları BU SƏBƏBDƏN Moskvanı çökdürmür

  • By admin
  • 19 May 2022 09:48

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar lazımi ziyana səbəb olmadı, çünki bir sıra ölkələr onlara qoşulmayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Material müəlliflərinin fikrincə, anti-Rusiya sanksiyalarının baş tutmamasında günahkar Çin, Hindistan, Braziliya və Türkiyədir. Bu ölkələrin məhdudlaşdırıcı tədbirlərə qoşulmaqdan ya imtina etdiyi, ya da qismən iştirak etdiyi vurğulanır.

Bundan əlavə, material müəllifləri Rusiya ÜDM-nin gözlənildiyi qədər aşağı düşməməsinə, rublun isə ucuzlaşmadan tez bir zamanda özünə qayıtmasına diqqət çəkib. Onların fikrincə, buna digər məsələlərlə yanaşı, Rusiya Mərkəzi Bankının sanksiyalara qarşı tədbirləri və qazın pulunu rublla ödəmək qərarı kömək edib.

Gununsesi.info