Qətər zəlzələ üçün 70 milyon dollarlıq yardım etdi

  • By admin
  • 17 Fevral 2023 13:17

Qətər Türkiyənin 11 şəhərini və Suriyanın şimal bölgələrini zərərə uğradan dəhşətli zəlzələ ilə bağlı 70 milyon dollar yardım etdiyin açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətərin XİN başçısı Məcid əl Ənsəri açıqlama verib. Onun sözlərinə görə, sağlamlıq və digər insani ləvazimatlar üçün hər iki ölkə üçün 70 milyon dollar maddi yardım edilib.

Nazir zəlzələdən zərərçəkənlərin psixoloji ovqatının yüksəldilməsi üçün ərazidə çalışmalara davam etdiklərini dilə gətirib.
Zərərçəkənlər üçün “Yardım və Dəstək” kampaniyasında 1 gecədə 46 milyon dollar toplandığını deyən Ənsari Qətər əmiri Şeyx ibn Həmid Əl Saninin də bu kampaniyaya 14 milyon dollar bağışladığını bildirib.
Nazir bildirib ki, 600 tondan artıq qida, tibbi və insani yardım daşıyan 30 təyyarə uçuşu gerçəkələşdirilib.
Nazir Suriya xalqına yardımlarla bağlı isə Qətər İnkişaf Fondunun Suriyada xilasetmə işlərinə kömək etdiyini söyləyib.
Ənsəri açıqlamasında ölkəsinin Suriyada zərərçəkənlərin sıxıntılarının həll edilməsi üçün əlindən gələn cəhdləri etdiyini vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info