Qətərin kral ailəsi Bodrumda lüks yaxtaya yollandı: İki yük maşını əşya, 500 çamadan, 180 nəfərlik personal - FOTOLAR

  • By admin
  • 03 Sentyabr 2020 09:14

Qətər əmiri Tamim ibn Hamad əl Taninin ailəsi Türkiyənin Bodrum turizm bölgəsində lövbər salmış lüks “Katara” yaxtasında istirahətə yollanıb.

Gununsesi.info bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Milas-Bodrum hava limanına eniş edən kral ailəsinə məxsus təyyarədən iki yük maşını əşya endirilib.

Səhər saatlarından etibarən lüks yaxtada qızğın iş başlayıb. Yaxtaya yük maşınları ilə ərzaq daşınıb. Polisin müşayiəti ilə yaxtaya yollanan kral ailəsinin təhlükəsizliyinin qorunmasına həmçinin sahil mühafizəsi dəstələri də cəlb olunub.

Kral ailəsinin iki yük maşını ilə gətirilən yükləri arasında 500 çamadan və dalğıc geyimləri diqqət çəkib.

“Katara”da tətilə gələn kral ailəsinə xidmət göstərmək üçün xüsusi aşpazlar, ofisiantlar, dalğıc təlimatçıları, uşaqların baxıcıları, cangüdənlər və yaxta personalı ilə birlikdə ümumilikdə 180 nəfərin olacağı ehtimal edilir.

Yaxtada istirahət edəcək şəxsin Qətər əmirinin qardaşlarından biri olduğu, həyat yoldaşı və beş uşağı ilə birlikdə Bodrumda istirahət edəcəyi bildirilir.

Gununsesi.info