Qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

  • Müəllif: admin
  • 09 İyun 2017 11:30

qandal-qolda

Pirallahı qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Anar

Gununsesi.info