Qəza ilə əlaqədar Bakının 3 rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq

  • By ilhame
  • 03 Dekabr 2023 11:09

Bakı şəhəri Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə sayta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Agentlik narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Gununsesi.info