Qəza nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb - BAKIDA

  • By admin
  • 26 İyul 2016 13:35

img2148647

Bakıda avtomobil qəzası nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.info-nun məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki , iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır.

Gununsesi.info