Qəza törədən polis çıxdı - BAKIDA

  • By admin
  • 25 İyul 2016 14:35

polis

 

Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Zabrat-Maştağa şossesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-ci il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Gununsesi.info