Qəzada ölənlərdən biri hərbçi, digəri ANAMA əməkdaşıdır - VİDEO

  • By admin
  • 02 Fevral 2023 20:16

Xəbər verdiyimiz kimi, Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, həlak olanlardan biri “Mercedes” maşını ilə toqquşan “Niva”nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.

Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub. Bundan başqa, qəza nəticəsində Daxili Qoşunların hərbçisi də həlak olub. Hələlik onun kimliyi açıqlanmayıb.

Gununsesi.info