Qəzaya düşən Mehriban Zəkinin vəziyyəti açıqlandı - VİDEO

  • By admin
  • 31 Mart 2023 11:04

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəbər var.

Sənətçinin vəziyyəti günbəgün daha da yaxşılaşır. Bu barədə Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

O, “MTV xəbər”ə açıqlamasında Xalq artistinin səhhəti ilə mütəmadi maraqlandıqlarını bildirib:

“Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti yavaş-yavaş yaxşılaşır. Hələ ki xəstəxanada müalicə alır. Tam sağalana kimi orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək”.

Xatırladaq ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobili idarə edən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Gununsesi.info