Qabil Məmmədov yenidən Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilib

  • By admin
  • 29 Dekabr 2017 13:03

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılıb. 

Gununsesi.info xəbər verir ki, Qabil Neymət oğlu Məmmədov yenidən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Qeyd edək ki, onun səlahiyyət müddəti yanvarın 22-də başa çatır.  Layihə səsə qoyularaq qəbul edilib.

Mürtəza

Gununsesi.info