MİLYARDLIQ SƏRVƏTLƏR: Qabon Prezidentinin evində “çemodan”larla dolu pullar tapıldı / VİDEO+FOTO

  • By arzu
  • 01 Sentyabr 2023 11:25

Nigerdən sonra hərbi çevrilişlə sarsılan Afrika ölkəsi Qabonda çəkişməli seçkidlərdən sonra devrilən Prezident Ali Bonqo yenidən mətbuatın gündəminə gəlib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dünyanın yaxından izlədiyi Qabondakı olaylardan sonra bir qrup əsgər iqtidarı ələ keçirdiklərini açıqladıqdan sonra Prezident Ali Bonqonun evində əməliyyat keçirilib.

 

Prezidentin imarətində pul əskinasları, frank, dollar, avro dəstələri ilə dolu “çemodanlar” və çantalar tapılıb.

Fransa mətbuatı Ali Bonqonun sərvətindən yazıb

Petrol və mədən zəngini olan Qabonda hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan Ali Bonqonun Fransada mülkləri, biznesləri qanunsuz əldə etməsii lə bağlı xəbərlər dərc edilib.

Bonqo ailəsinin bu ölkədə “əmsalsız” daşınmaz əmlaklarının Fransanın neft şirkəti “Elf-Total”ın verdiyi rüşvətlə alındığı təsbit edildi.

“Haqsız qazanc”ları araşdıran prokurorlar 1967-ci ildən iqtidara gələn Prezident Omar Bonqo ilə siyasi hakimiyyətləri son günlərədək əllərində tutan Ali Bonqo və övladlarının Fransada çoxlu sayda əmlak – mülk aldıqlarını ortaya qoyublar.

Məhkəmə qaynaqlarına görə, 28 mülk təsbit edilib. Parisin turizm mərkəzi Yelisey Sarayında korrupsiya yolu ilə alınmış mülkü var. Nazirlik və səfirliklərin olduğu bölgədə Bonqo ailəsinə aid 5400 kvadrat metrlik ərazidə lüks istirahət-qonaqlama yeri var.

Eləcə də paytaxt Parisin önəmli bölgələrində lüks mənzilləri, Fransız Rivierasında çoxlu sayda lüks villaları var.

“Bonqo Xanədanlığı”nın mal-mülk varlığına aid 2022-ci ildə başladılan məhkəmə araşdırmalarında bu mülkiyyətlərin dəyərinin 850 milyon avro olduğu göstərilsə də, əmlakçılar gerçək qiymətin bundan daha yüksək olduğu düşüncəsindədirlər.

Bonqo ailəsinə aid mülklərdən bəzilərinin qiyməti təkbaşına 100 milyon avro dəyərindədir.

Fransa mətbuatı yaxın dönəmdə hərbi çevrilişlə devrilən və arvadı fransız əsilli olan Qabon Prezidenti Ali Bonqonun Parisdəki önəmli mülklərdən birini diplomatik təmsilçiliyə döndərmək cəhdinə girişdiyini və bu yolla önəmli mülklərini toxunulmazlıq çərçivəsinə almaq istədiyini iddia etmişdi.

Fransa Prokurorları son olaraq, 2022-ci ildə Bonqo və qardaşı haqqında “haqsız qazanc” ittihamı ilə ədliyyə prosesi başlatmşdı.

 

Tərcümə: Arzu

Gununsesi.info