Qabon prezidentinin Londonda halı pisləşdi - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

  • By admin
  • 02 Sentyabr 2019 19:24

Qabon prezidenti Əli bin Bonqo Ondimba Londonda xəstəxanaya yerləşdirilib.

Gününsəsi.org xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı prezidentin qəfil halı pisləşib. Xatırladaq ki, ötən ilin payızında da qəfil xəstəxanaya yerləşdirilən Ondimbanın səhhətindəki problem ictimaiyyətə açıqlanmamışdı. Onun insult keçirdiyi ehtimal olunur.

Qeyd edək ki, bu gün Qabonun oaytaxtında bir neçə təşkilatın tələbi ilə Ondimbanın səhhətindəki problemlərlə bağlı ölkəni idarə edə bilməyəcəyi ilə bağlı məhkəmə iclası keçiriləcəkdi. Məhkəmə iclası keçirməkdən imtina edib.

 

Gününsəsi.org