Qaçaq yanacaq daşıyan gəmi saxlanıldı

  • By admin
  • 16 Sentyabr 2019 16:44

Sentyabrın 16-da İranın Hörmüzgan vilayətinin Bender Lenge rayonunda Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmi və 11 üzvü saxlanılıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, 250 min litr qaçaq maye yanacağı daşıyan gəmi Fars körfəzində İnqilab Keşikçiləri Ordusu tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı hələ ki, hər iki tərəf açıqlama yaymayıb.

Gununsesi.org