Qaçaqmalçılıq yolu ilə telefon keçirmək istəyənlər saxlanıldı

  • By admin
  • 16 Avqust 2016 10:44

qacaqmalci

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 58 ədəd müxtəlif markalı mobil telefon və mobil telefonlara aid külli miqdarda aksesuar aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar 

Gununsesi.info