Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı

Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Gununsesi.info-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qız Masallı rayonunda tapılıb. Onun qohumunun evində olması müəyyən olunub:

“Yeniyetmənin ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb”.

Qeyd edək ki, anası 14 yaşlı qızının itkin düşməsi barədə sentyabrın 10-da polisə müraciət etmişdi.

 

Gununsesi.info