Qaçış üzrə dünya və olimpiya çempionu COVID-19-a yoluxub

Cənubi Afrika Respublikasından (CAR) olan dünya və olimpiya çempionu Ueyd Van Niker koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə “DH les Sports” nəşri xəbər yayıb.

İki dəfə dünya, 2016-cı ildə isə 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu olmuş idmançının COVID-19 üçün götürülən test nümunələri müsbət çıxıb.

Ueyd Van Niker avqustun 1-də İtaliyanın Triyest şəhərində keçiriləcək yarışlarda iştirak etməli idi.

Gununsesi.info